Categories

BonShop online alışveriş saytı

BonShop online alış-veriş saytı 20-dən çox fərqli kateqoriyada 15 min məhsulun bütün ölkə üzrə satışını və çatdırılmasını təşkil edir. Azərbaycanda Online mağaza anlayışına yenilik gətirən BonShop saytı sizə sərfəli qiymətlər,etibarlı alış-veriş imkanlarının qapılarını ardına qədər açır.Siz burada yüzlərcə yerli və xarici markanın məhsullarını rahatlıqla əldə edə bilərsiniz.

20-dən artıq kateqoriyalarımız arasında geyim kateqoriyasında,heç şübhəsiz, siz zövqünüzə uyğun geyimlər sifariş verə bilərsiniz. BonShop Moda səhifəsinə daxil olaraq qadın geyimləri, kişi geyimləri,uşaq geyimləri seçənəklərindən asanlıqla sifariş edin ki, məhsul pulsuz çatdırılma xidməti ilə ünvanınıza gəlsin.İstər toy paltarları, toy donları, istərsə də gündəlik paltarlar, donlar olsun, geniş ceşidlərimiz sizin seçim etməyinizi xeyli asanlaşdıracaq. Ayaqqabılar kateqoriyamız da qadın ayaqqabıları,kisi ayaqqabıları,uşaq ayaqqabıları olmaqla kifayət qədər zəngindir. Büdcənizə uyğun sərfəli qiymətlər və geniş çeşid imkanını başqa yerdə axtarmağa ehtiyac qalmadı.

Telefon playstation və daha bir çox elektronika tək adresdə

Elektronika və məişət texnikası sahəsində hər gün baş verən yeniliklər həyatımızı asanlaşdırmaqdadır. Lakin elektronik əşya seçərkən bir çoxlarımız ehtiyacımıza uyğun məhsul  seçimində çətinlik çəkirik. Siz  BonShop saytında sizdən öncə bu məhsullardan almış və istifadə etmiş müştərilərimizin rəylərinə nəzər salaraq, daha asan seçim edə biləcəksiniz. Səhifəmizdə məşhur telefon markalarının -  iPhone 7, Samsung Galaxy S6, Acer,Toshiba,Hp - istehsal etdiyi planşet, notebook modellərini qarşılaşdıraraq, ehtiyacınız olan məhsulu dəqiqləşdirə və uyğun qiymətlər ilə sifariş edə biləcəksiniz. Bununla yanaşı, saytımız oyun həvəskarlarının da əvəzolunmaz alış-veriş məkanıdır, belə ki, saytımız  Playstation markasının Playstation 4 və digər modellərinin ən sərfəli satış ünvanıdır.Mövsüm dəyişikliklərini həm qış, həm də yay aylarında komfortlu şəkildə keçirtmək üçün səhifəmizdən Bosh, ECA kimi məşhur markalar tərəfindən istehsal olunmuş kondisioner və kombiləri sifariş etməklə vaxtınıza və pulunuza qənaət edin. Məişət texnikası adı altında tozsoranlar,soyuducular,mikserlər,blenderlər və epilyatorlar olmaqla, yüzlərlə çeşid mövcuddur.

Kosmetika ətirlər,makiyaj məhsulları

Dünyada məşhur kosmetika markalarının seçilmiş məhsullarını minlərlə müştərisinə orijinallıq zəmanəti ilə təklif edən BonShop.az-da axtardığınız ətirləri asanlıqla tapa biləcəksiniz.Əlavə olaraq burada çeşid bol, qiymətlər isə hər budcəyə uyğundur.Chanel,Calvin Klein,Bvlgari parfum arasından mövsümə görə öz ətrinizi seçərək,asan aliş-verişdən həzz alın.Daha çox qadınların maraq dairəsinə aid olan saçlara qulluq məhsulları L’oreal,Avon dodaq boyaları Mac,Colourpop sac boyaları Estel kimi markalardan seçilə bilər.Səhifəmizi izləyin və mövsüm endirimlərindən yararlanın.

Hədiyyələr

Sevdiyiniz,dəyər verdiyiniz insanlara əlamətdar günlərdə hədiyyə bağışlamaq onlara göstərdiyiniz diqqətin nümunəsidir.Seçdiyiniz hədiyyələr sevdiklərinizin ürəyincə olanda siz də ən azı onlar qədər məmnun qalırsınız. Lakin sizə də məlumdur ki, hədiyyə seçimi o qədər də asan deyil.İstər 8 mart hədiyyələri olsun, istərsə də yeni il hədiyyələri, hər kəs seçdiyi hədiyyənin əvəzsiz olmasını istəyir. BonShop sizə hədiyyələr kateqoriyasında kreativ hədiyyələr təklif edir.Siz də səhifəmizə daxil olaraq maraqlı hədiyyələr sifariş etməyə tələsin.

Saatlar

Vaxtımızın dəyərli olduğunu nəzərə alsaq, demək olar ki gündəlik həyatı saatsız təsəvvür etmək qeyri-mümkündür. Lakin saatlar texnologiyanın inkişafından təsirlənərək öz keçmiş funksiyasını tam itirmiş, kişilər və qadınlar üçün geyim tərzinin tamamlanmasında vacib aksesuar halını almışdır.Səhifəmizdə mövcud olan Swatch saatlar, Casio saatlar, Tissot saatlar həm qadınlar, həm də kişilər üçün ideal seçim olacaq.Nəinki qol saatları, hətta divar saatları və stolüstü saat modellərini də sizə təklif edirik.

Uşaqlar

Hər kəsin göz bəbəyi kimi qoruduğu və qorumalı olduğu bizim gələcəyimiz olan uşaqlar.Hər bir valideyn öz övladı üçün hər şeyin ən gözəlini, ən keyfiyyətlisini almaq arzusundadır.Ana-atalar keyfiyyətli uşaq geyimləri almaqla uşaqlarını dəbli geyindirməyə, uşaq beşikləri ilə onların rahat yatmasını təmin etməyə çalışırlar. Hamımız istəyirik ki,balalarımızın otaqlarını müasir dizaynlı uşaq mebelləri ilə təchiz edək. BonShop-dan alış-veriş edin ki, xərcləriniz uşaqlarınızla birlikdə böyüməsin.

Scroll